Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Cavidan İbrahimlinin adı yaşadığı küçəyə verildi

02 noyabr 2023 | 16:43

44 günlük Vətən müharibəsindəki qələbəmizdə şəhidlik zirvəsinə ucalmış İbrahimli Cavidan Nizami oğlunun Səbail rayonu, Badamdar qəsəbəsində şəhidin yaşadığı küçəyə adının verilməsi və qeyd olunan küçədə şəhidin xatirə lövhəsinin açılışı ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhid ailələri, müharibə veteranları və rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Mərasim zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən və onlara göstərilən diqqət və qayğıdan danışmış, şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin problemlərinin həlli, eyni zamanda müharibə əlillərinin sağlamlığının bərpası istiqamətində mühüm işlər görüldüyünü vurğulayaraq hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirmişdir.

Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Cavidan İbrahimli oktyabrın 24-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Füzulinin azad olunmasına görə”, "Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər