Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Cəmil Məmmədlinin ailə üzvləri ziyarət olundu

01 sentyabr 2023 | 12:13

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri və RİHBA-nın məsul əməkdaşları Məmmədli Cəmil Habil oğlunun ailə üzvlərini ziyarət etmişlər.

Görüş zamanı dövlət tərəfindən hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını diqqətə çatdıran RİH başçısı Vuqar Zeynalov Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunduğunu, onların mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü bildirmişdir.

Şəhidin anası Aygün xanım şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Cəmil Məmmədli Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və "Vətən uğrunda” medalları ilə təltif olunmuşdur.

Keçidlər