Şəhid Teymurov Vüsal Zakir oğlunun xatirə lövhəsi ziyarət olundu
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən Teymurov Vüsal Zakir oğlunun Səbail rayonu, Badamdar qəsəbəsində şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında xatirə lövhəsi ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Vətən müharibəsi şəhidlərinə, qazilərə, müharibə iştirakçılarına dövlət səviyyəsində verilən qiymətdən, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışan RİH başçısı Vuqar Zeynalov ölkə rəhbərliyinin tapşırıq və göstərişləri ilə bu qayğının yerlərdə də layiqincə davam etdirildiyini qeyd etmişdir.
Mərasimdə çıxış edən şəhidin ailə üzvləri onlara göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyeva öz minnətdarlıqlarını və təşəkkürlərini bildirmişlər.
Qeyd edək ki, Vətən müharibəsində Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Teymurov Vüsal Zakir oğlu döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, "Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuşdur.