Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində “Şəhidlər” abidə kompleksində yenidənqurma işlərinə başlanmışdır

22 iyul 2022 | 16:12

Səbail rayonunda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində yerləşən “Şəhidlər” abidə kompleksində yenidənqurma və bərpa işlərinə başlanmışdır.

 Yenidənqurma işləri çərçivəsində ümumi sahəsi 500 kv.m. olan kompleksdə 8.5 metr hündürlüyündə təbii mərmərdən inşa olunacaq abidədə Vətən uğrunda canlarından keçən şəhidlərin foto-güşələrinin yaradılması, 100 kv.m. sahədə qranit daş döşəmə örtüyünün yenilənməsi, həmçinin S.Məmmədov küçəsində ümumilikdə 2500 kv.m. sahədə asfalt örtüyünün yenilənməsi və yeni işıqlandırma sistemlərinin quraşdırılması, eyni zamanda kompleks ətrafında həmişəyaşıl ağaclar və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur. Yenidənqurma işlərinin cari ilin 3-cü rübündə yekunlaşdırılması nəzərdə tutulmuşdur.

 Qeyd edək ki, abidə kompleksinin tikintisi üçün şəhid ailələrinin təklif və müraciətləri nəzərə alınaraq yeni layihə və memarlıq-arxitektura üslubunda yenidənqurulması ilə bağlı qərar qəbul olunmuşdur.

Keçidlər