Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri Qurban bayramı münasibətilə ziyarət olundu

26 may 2026 | 16:13

RİHBA-nın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Orxan Aydınov və RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini Müqəddəs Qurban Bayramı münasibətilə ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Səbail rayonunda da şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, müharibə veteranlarının və digər həssas əhali qrupunun lazımi qayğı ilə əhatə olunduğu, şəhidlərimizin xatirəsinin daim əziz tutulduğu qeyd olunmuşdur.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Ziyarət zamanı şəhidlərin ailə üzvlərinə Qurban bayramı münasibəti ilə sovqatlar təqdim edilmişdir.

Keçidlər