Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 27 Sentyabr – Şəhidlərimizin irsi: “Qəhrəmanlığın unudulmaz xatirəsi” mövzusunda dəyirmi masa təşkil olunmuşdur

29 sentyabr 2025 | 15:37

“Konstitusiya və Suverenik İli” çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə 27 Sentyabr – Şəhidlərimizin irsi: “Qəhrəmanlığın unudulmaz xatirəsi” mövzusunda dəyirmi masa təşkil olunmuşdur. Görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdiri və məsul əməkdaşları, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibləri Elçin Hüseynbəyli və İlqar Fəhmi, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, filologiya elmləri doktoru Gülxani Pənah, şairə Güləmail Murad, qazilər iştirak etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir zamanı bildirilmişdir ki, Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaqdır. Həmçinin qeyd olunmuşdur ki, sevindirici haldır ki, Azərbaycan zəfərdən-zəfərə doğru irəliləməkdə davam edir. Vətən müharibəsində qazanılmış Qələbədən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad Qarabağımızda mühüm infrastruktur obyektlərinin təməli qoyulmuş, möhtəşəm layihələrə start verilmişdir.
Azərbaycanın azadlığı və bütövlüyü naminə canından keçən bütün Şəhidlərimizin xatirəsi daim uca tutulacaq, onların qəhrəmanlıq irsi gələcək nəsillərə örnək olacaqdır.

Keçidlər