Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin ailə üzvləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ziyarət olundu

29 dekabr 2022 | 12:09

Səbail RİHBA-nın Sosial-iqtisadi inkişаfın təhlili və proqnozlаşdırılmаsı şöbəsinin müdiri Qabil Vahidov və Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ziyarət etmişlər.

Tədbir zamanı Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Səbail rayonunda da Vətən müharibəsində şəhid olanların ailə üzvlərinin ziyarət olunduğu, onları narahat edən poblemlərini dinlənildiyi vurğulanmış, bu kateqoriyadan olan vətəndaşlarımız bundan sonra da dövlətimizin qayğısı ilə əhatə olunacaqları diqqətə çatdırılmışdır. Eyni zamanda şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, müharibə veteranlarının və digər həssas əhali qrupunun lazımi qayğı ilə əhatə olunduğu, şəhidlərimizin xatirəsinin daim əziz tutulduğu qeyd olunmuşdur.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.

Ziyarət zamanı şəhidlərin ailə üzvlərinə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə sovqatlar təqdim edilmişdir.

Keçidlər