Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin ailə üzvləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ziyarət olunub

27 dekabr 2024 | 14:57

Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ziyarət etmişlər.

Ziyarət zamanı Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Səbail rayonunda da Vətən müharibəsində şəhid olanların ailə üzvlərinin ziyarət olunduğu, onları narahat edən poblemlərini dinlənildiyi vurğulanmış, bu kateqoriyadan olan vətəndaşlarımız bundan sonra da dövlətimizin qayğısı ilə əhatə olunacaqları diqqətə çatdırılmışdır.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmiş, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.

Ziyarət zamanı şəhidlərin ailə üzvlərinə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə sovqatlar təqdim edilmişdir.

Keçidlər