Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda şəhidlərin ailə üzvləri ziyarət olunur

03 noyabr 2025 | 18:42

Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin layihəsi əsasında ölkəmizin mədəniyyət xadimləri ilə birgə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ziyarət olunur. Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov, şöbənin əməkdaşı Nicat Quliyev və Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Nəzakət Teymurova ilə birgə Vətən müharibəsi şəhidi İbrahimli Cavidan Nizami oğlunun ailə üzvlərini ziyarət etmişlər.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyi və bu istiqamətdə həyata keçirilən tədbirlər Səbail rayonunda sistemli və ardıcıl xarakter daşıdığı bildirilmişdir.

Şəhidin ailə üzvləri ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd etmişlər.

Keçidlər