Səbail rayonunda şəhidlərin ailə üzvləri ziyarət olunur
Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhidlərin ailə üzvləri ziyarət olunur. Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov və şöbənin əməkdaşı Nicat Quliyev, Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Elnur Zeynalov Vətən müharibəsi şəhidi İsayılov Orxan Zöhrab oğlunun ailə üzvlərini ziyarət etmişlər.
Görüşdə qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişlərinə uyğun olaraq, şəhid ailələri, qazilər və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bildirilib ki, Səbail rayonunda bu tədbirlər davamlı xarakter daşıyır. Bununla yanaşı, dövlətin mədəniyyət və teatr sahəsinə göstərdiyi diqqət milli-mənəvi dəyərlərin inkişafına və cəmiyyətin mənəvi həyatının zənginləşməsinə xidmət edir.
Şəhidin ailə üzvləri ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd etmişlər.






