Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda şəhidlərin ailə üzvləri ziyarət olunur

14 oktyabr 2025 | 12:21

Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhidlərin ailə üzvləri ziyarət olunur. Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Orxan Aydınov və şöbənin məsul əməkdaşı Nicat Quliyev, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Simuzər Ağakişiyeva Vətən müharibəsi şəhidi Məmmədli Cəmil Habil oğlunun ailə üzvlərini ziyarət etmişlər.
Görüşdə qeyd olunub ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişlərinə uyğun olaraq, şəhid ailələri, qazilər və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bildirilib ki, Səbail rayonunda bu tədbirlər davamlı xarakter daşıyır.
Şəhidin ailə üzvləri ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd etmişlər.

Keçidlər