Vətən müharibəsi şəhidlərinin xatirələri anıldı
12 mart 2026 | 14:27
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov RİHBA-nın məsul əməkdaşları və Səbail bələdiyyəsinin sədri Hacı Əliyev ilə birgə Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş İlkin Əhədzadə, Murad Qurbanov, Cavidan Ağayev, İsmayıl Hüseynov, Əli Tağıyev və Bilal Qənbərovun 20-ci sahə yaşayış massivi, Ö.F.Nemanzadə və Ş.Allahverdiyev küçələrində yerləşən xatirə lövhələrinin önünə gül dəstələri düzmüş və qəhrəman Vətən övladlarının xatirələrini ehtiramla yad etmişdir.






