Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Milli Qəhrəman Seymur Məmmədovun anası Xurşud Məmmədova ilə görüş keçirmişdir

15 mart 2024 | 14:38

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Xocavənd rayonu, Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Seymur Qəhrəman oğlunun anası Xurşud Məmmədova ilə görüş keçirmişdir.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şəhid anasının qayğıları ilə maraqlanmışdır.

Şəhidin anası Xurşud Məmmədova şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Keçidlər