Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda 5 iyun – Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edilib

05 iyun 2026 | 12:36

Bu gün ölkəmizdə su təsərrüfatı və meliorasiya sahəsində çalışan mütəxəssislər öz peşə bayramlarını qeyd edirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 may 2014-cü il tarixli Sərəncamına əsasən iyunun 5-i "Su təsərrüfatı və meliorasiya işçiləri günü" kimi qeyd olunur. Bu münasibətlə Səbail Rayon İcra Hakimiyyətində Səbail rayon Sukanal İdarəsinin kollektivi ilə görüş keçirilmidir.
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə keçirilən tədbirdə RİH başçısının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri Eldar Ağayev, RİHBA-nın məsul əməkdaşları və ərazi icra nümayəndələri, Səbail rayon Sukanal İdarəsinin rəisi Emil Cabbarlı və idarənin əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ilk olaraq su təsərrüfatı və meliorasiya sahəsində çalışan mütəxəssisləri peşə bayramı münasibətilə təbrik edərək bildirmişdir ki, müasir dövrdə qlobal iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının səmərəli idarə edilməsi dövlətin strateji prioritetlərindən biridir. RİH başçısı Azərbaycanda meliorasiya və su təsərrüfatı sahəsinin inkişaf strategiyası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli islahatların ölkənin su təhlükəsizliyini tam təmin etdiyini və sahəni yeni inkişaf mərhələsinə çıxardığını bildirmişdir. O, Azərbaycanda aqrar sektorun inkişafı, torpaqların münbitliyinin artırılması və ərzaq təhlükəsizliyinin təmin edilməsinin birbaşa olaraq meliorasiya işçilərinin gündəlik fəaliyyəti ilə bağlı olduğunu xüsusi vurğulamışdır. RİH başçısı Səbail rayonu ərazisində əhalinin dayanıqlı su təchizatının təmin edilməsi məqsədilə mərkəzi prospektlərdə magistral xətlərin yenilənməsi, Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivində köhnəlmiş infrastrukturun yenidən qurulması, eləcə də yağış və tullantı sularının idarə olunması üçün kollektor xətlərinin çəkilməsi istiqamətində intensiv işlərin aparıldığını diqqətə çatdırmışdır.
Sonda peşə fəaliyyəti ilə fərqlənən Səbail rayon Sukanal İdarəsinin işçiləri rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Səbail RİH başçısının Fəxri Fərmanları ilə təltif edilmişlər.

Keçidlər