Səbail rayonunda “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbirlər keçirilib
Səbail rayonunda yerləşən məktəblərdə “Sülh Aylığı” çərçivəsində 21 Sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş maarifləndirici tədbirlər və seminar keçirilmişdir.
Tədbirlərdə şagirdlərə Beynəlxalq Sülh Gününün təsis edilməsi tarixi, sülhün, qarşılıqlı hörmətin, həmrəyliyin və tolerantlığın əhəmiyyəti, eləcə də ölkəmizdə “Sülh Aylığı” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verilmişdir. Sülhün qorunması, qarşılıqlı anlayış və hörmət, gələcək nəsillərin sülh şəraitində yaşamasının vacibliyi barədə fikir mübadiləsi aparılmışdır. Dialoq və müzakirə formatında keçirilən görüşdə şagirdlər öz fikirlərini sərbəst ifadə etmiş, sülh mədəniyyətinin formalaşdırılması ilə bağlı düşüncələrini bölüşmüşlər.
Tədbirlərin əsas məqsədinin şagirdlərdə sülhə, həmrəyliyə və tolerantlığa əsaslanan dəyərlərin formalaşdırılması, qarşılıqlı anlayış və hörmət hissinin gücləndirilməsi olduğu qeyd edilmişdir.
#SülhAylığı #PeaceMonth






