Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda Zəfər Gününün beş illiyinə hərs olunmuş “Tarixdə Qalacaq Qələbə” mövzusunda Elmi-praktik konfrans keçirilib

03 noyabr 2025 | 15:51

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti, Milli Azərbaycan Tarixi Muzeyi və Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin birgə təşkilatçılığı ilə “Zəfər həftəsi” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr edilmiş “Tarixdə Qalacaq Qələbə” mövzusunda Elmi-praktik konfrans keçirilmişdir. Konfransda Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları, Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Fərhad Cabbarov, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov, muzeyin əməkdaşları və kollecin tələbələri iştirak etmişlər.

Tədbir Ulu öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Cıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin əhəmiyyəti xüsusi olaraq qeyd edərək vurğulamışlar ki, məhz Ali Baş Komandanın siyasi iradəsi, diplomatik qətiyyəti və Ordumuzun şücaəti nəticəsində Azərbaycanın tarixi ədaləti bərpa olunmuş, 8 Noyabr — Zəfər Günü dövlətçilik tariximizə qızıl hərflərlə yazılmışdır.

Konfransın sonunda tələbələr Milli Azərbaycan Tarixi Muzeyinin “Zəfər zalı” ilə tanış olmuş, onlara Vətən müharibəsinə dair unikal eksponatlar təqdim edilmişdir. Ekskursiya zamanı Zəfərimizə aparan yol və həmin dövrün xronologiyası barədə ətraflı məlumat verilmiş, tələbələrlə interaktiv müzakirələr aparılmışdır.

Keçidlər