Səbail Rayon İcra Hakimiyyətində “Təcrübə proqramı”nda iştirak edəcək tələbələrlə görüş keçirilib
Səbail Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə “Təcrübə proqramı”nın təşkil olunması məqsədi ilə görüş keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak etmişlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi və misilsiz xidmətlərinin olduğunu qeyd edərək gənc nəslə göstərilən bu diqqətin və qayğının zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən günümüzdə məqsədyönlü şəkildə davam və inkişaf etdirildiyini bildirmişdir.
Görüş zamanı çıxış edən tələbələr yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Görüş zamanı tələbələrin təcrübə proqramının düzgün aparılması istiqamətində müzakirələr aparılmış, elmi rəhbərlərin fikirləri dinlənilmişdir.