Tələbə adı qazanan gənclərlə YAP Səbail rayon təşkilatında görüş keçirilib
Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatında görüş keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları və imtahanlarında yüksək nəticə göstərən məzunlar iştirak etmişlər.
Tədbir zamanı ölkədə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söhbət açılmış, ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirildiyi və bu ənənələrə sadiq qalaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilin inkişafının həmişə diqqətdə saxlanıldığı, bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyi qeyd olunmuşdur.
Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlara hədiyyələr və fəxri fərmanlar təqdim olunmuşdur.