Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 17 iyun - Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilmişdir

20 iyun 2024 | 09:59

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə Səbail Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir. Tədbirdə Səbail RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşları və rayon ərazisində fəaliyyət göstərən tibb müəsissələrinin rəhbərləri və əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Səbail RİH başçısının müavini Kəmalə Həşimova ilk olaraq bütün tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək bildirmişdir ki: “Həkimlik çox nəcib peşədir. İnsanların sağlamlığını qorumaq, onlara ömür bəxş etmək, yaşatmaq müqəddəs və şərəfli bir vəzifədir. Ötən bir ilə nəzər salanda deyə bilərik ki, bu dövr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial yönümlü siyasəti, ölkəmizdəki ictimai-siyasi stabillik, iqtisadi inkişaf sayəsində həm bütün Vətənimiz üçün, həm də ölkə səhiyyəsi üçün uğurlu bir il olub.
Tədbir zamanı çıxış edən həkimlər qeyd etmişlər ki: “Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsini daim diqqət mərkəzində saxlayan ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonda peşə fəaliyyəti ilə fərqlənən tibb işçiləri rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Səbail RİH başçısının Fəxri Fərmanları ilə təltif edilmişlər.

Keçidlər