Səbaildə 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı münasibətilə tədbir keçirilmişdir
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən iyunun 17-i Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu münasibətlə Səbail Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbirdə Səbail RİH başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, Millət vəkili Müşviq Məmmədli, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nehmət Rəhmanov, RİHBA-nın məsul əməkdaşları və rayon ərazisində fəaliyyət göstərən tibb müəsissələrinin rəhbərləri və əməkdaşları iştirak etmişlər.
Tədbirdə çıxış edənlər Azərbaycan səhiyyəsinin inkişaf tarixindən, tibb işçilərinin cəmiyyət həyatında mühüm rolundan və ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən uğurlu islahatlardan bəhs etmişlər. Bildirilmişdir ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət səhiyyə siyasəti nəticəsində ölkəmizdə müasir səhiyyə sisteminin formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, əhalinin sağlamlığının qorunması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilmişdir.
Qeyd olunmuşdur ki, bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı layihələr, yeni tibb müəssisələrinin tikintisi və əsaslı təmiri, maddi-texniki bazanın gücləndirilməsi, həkim və tibb işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkəmizdə səhiyyənin davamlı inkişafına mühüm töhfə verir.
Həmçinin Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə səhiyyə sahəsində həyata keçirilən humanitar layihələrin və sosial proqramların xüsusi əhəmiyyət daşıdığı vurğulanmışdır.
Sonda peşə fəaliyyəti ilə fərqlənən tibb işçiləri rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Səbail Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif edilmişlər.






