Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “Ulu Öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

06 dekabr 2023 | 18:27

Bibiheybət məscidində “Heydər Əliyev İli” çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin Səbail və Qaradağ rayonları üzrə qazılığının birgə təşkilatçılığı ilə “Ulu öndər və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Qabil Vahidov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, QMİ-nin Qazılar Şurasının üzvü, Bibiheybət məscidinin axundu Hacı Rahib Babayev, şəhidlərin ailə üzvləri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi xadim kimi müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixindəki müstəsna xidmətlərinindən, milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə çatdırılması istiqamətində geniş fəaliyyətindən söhbət açmışlar.

Keçidlər