Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirilib
Səbaildə “Konstitusiya və suverenlik ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalı keçirilmişdir. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Fərid Mansurov, MOK-un baş katibi Azər Əliyev, Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Həşimova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən MÜTDA-nın direktor müavini Nərminə Hüseynova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail Rayon Komitəsinin sədri Leyla Baxşıyeva, RİHBA-nın məsul əməkdaşları, Səbail rayonu üzrə ümumtəhsil məktəblərinin direktorları və Məmməd Rahim adına 7 saylı tam orta məktəbin şagirdləri iştirak etmişlər.
Festival məktəbin hazırladığı stendlərə baxışla başlayıb. Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra rəsmi qonaqlar tədbir proqramını izləmişlər.
Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin idmana qayğısından danışılıb. Bildirilib ki, Ümummilli Liderin rəhbərliyi dövründə Azərbaycanda idmanın inkişafı üçün mühüm addımlar atılmış, gənclərin sağlam ruhda böyüməsi daim diqqət mərkəzində saxlanılmışdır. Dövlətimizin idman sahəsindəki bu siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün də uğurla davam etdirilir. Bu sahənin inkişafında həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihə və proqramlar da müstəsna əhəmiyyət daşımaqdadır.
Səbail rayonunda sağlam ətraf mühit və sağlam həyat tərzinin təbliği məsələləri daim öz aktuallığını qorumaqdadır. Şagirdlərin yarışı, gimnastların xüsusi çıxışı tədbirə rəng qatmışdır.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.