Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

08 may 2026 | 17:55

Səbail Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
İlk öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Badamdar qəsəbəsi Heydər Əliyev parkında yerləşən büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmiş, daha sonra şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlər abidəsi” ziyarət olunmuşdur.
Tədbirdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq problemləri Dövlət Komitəsinin sədri xanım Bahar Muradova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, rayon ziyalıları, ictimaiyyət nümayəndələri, gənclər və partiya fəalları iştirak etmişlər.
Beynəlxalq Muğam Mərkəzində keçirilən tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin təmin olunması, müstəqil dövlət quruculuğu və ölkənin sosial-iqtisadi inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs etmiş, onun zəngin siyasi irsinin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin həyat və çoxşaxəli fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Tədbir zamanı bir qrup fəal ictimaiyyət nümayəndəsi fəxri fərmanla təltif olunmuş, yeni üzvlərə isə partiya vəsiqələri təqdim edilmişdir. Tədbir bədii hissə ilə davam etmişdir.

Keçidlər