Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə 12 dekabr- Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir

12 dekabr 2025 | 17:29

Səbail rayonunda Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Səbail RİH başçısının müavini Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, ictimai xadimlər, veteranlar və gənclər iştirak etmişlər.
Əvvəlcə Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülmüş, əziz xatirəsi ehtiramla yad edilmişdir.
Tədbir zamanı çıxış edənlər Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, ölkədə yerli demokratiyanın bərqərar edilməsində müstəsna rolundan bəhs edərək xalqımızın və ölkəmizin xoşbəxt gələcəyi üçün Heydər Əliyev irsinin dərindən öyrənilməsi, bu irsin qorunub gələcək nəsillərə çatdırılmasının hər bir azərbaycanlının mənəvi borcu və şərəfli vəzifəsi olduğunu bildirmişlər.
Sonda Ümummilli lider Heydər Əliyevin il dönümünə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.

Keçidlər