15 İyun – Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət olunub
11 iyun 2026 | 12:25
15 iyun – Milli Qurtuluş Günü münasibətilə ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və rayon ictimaiyyəti Fəxri xiyabanı ziyarət etmişlər.
Ziyarətçilər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, onların əziz xatirələrini dərin ehtiramla yad edərək məzarları önünə gül dəstələri düzmüşlər.






