Səbail rayonunda Ümummilli Liderin anım günü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub
Səbail rayonunda Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan süfrəsi təşkil olunub. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, Səbail Rayon Polis İdarəsinin rəisi Hikmət Qasımov, Dövlət Təhlükəsizliyi Xidmətinin Səbail Rayon İdarəsinin rəisi Tuncay Məmmədov, Səbail Rayon Məhkəməsinin sədri Azər Paşayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi Kərim Xələfov, RİHBA-nın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamanov, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
İlk öncə Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Tədbir zamanı qeyd edilmişdir ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil etmişdir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məğrur və əzmkar fəaliyyəti ilə ölkəmizin müstəqilliyi daha da möhkəmlənmişdir.






