Şriftin ölçüsü :

Saytın rəngi :

Badamdar qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin büstü və “Şəhidlər" abidəsi ziyarət edildi

19 fevral 2026 | 15:48

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHBA-nın şöbə müdirləri, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev və Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov tərəfindən müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir.
Daha sonra Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən 91 Səbail rayon şəhidinin əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə inşa olunmuş “Şəhidlər” abidəsini ziyarət olunmuş, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilərək abidə önünə gül dəstələri düzülmüşdür.

Keçidlər