Şriftin ölçüsü :

Saytın rəngi :

Baxımsız vəziyyətdə olan uşaq əyləncə meydançasına RİH başçısı tərəfindən baxış keçirildi

08 avqust 2022 | 15:55

Səbail rayonunun Mehdi Hüseyn və Cəfərov qardaşları küçələrinin kəsişməsində yerləşən mozaik fiqurlardan vaxtı ilə düzəldilmiş uşaq əyləncə meydançasının baxımsız vəziyyətdə olması barədə sosial şəbəkədə paylaşılmış vətəndaşların müraciətləri nəzərə alınaraq RİH başçısı Vuqar Zeynalov tərəfindən sözügedən ünvana baxış keçirilmişdir. Baxış zamanı RİH başçısı uşaq əyləncə meydançasında abadlıq və yenidənqurma işlərinin planlaşdırılması ilə bağlı aidiyyəti qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

Qeyd edək ki, ümumi sahəsi 800 kv.metr olan uşaq əyləncə meydançasında vaxtilə quraşdırılmış mozaikadan ibarət tablolar, rəngarəng fiqurlar və lövhələrin müəllifi və icraçısı rəssam Məmmədov Vaqif Həsən oğludur.

Keçidlər