Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

14 noyabr 2025 | 18:36

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları aylığı”na həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Məmmədova, Sosial Xidmətlər Agentliyinin əməkdaşları, məktəbin direktoru Nisə Fərəcova, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Əvvəlcə şagirdlərin “Uşaq hüquqları aylığı” çərçivəsində hazırladıqları rəsm işlərindən ibarət stend nümayiş olunmuşdur.
Tədbir zamanı uşaqlarda öz hüquqları barədə məlumatlılığı artırmaq, şagirdlərə öz hüquq və vəzifələrinə hörmət, qarşılıqlı empatiya və humanist dəyərlər formalaşdırmaq, onların sosial məsuliyyət hissini gücləndirmək və təhlükəsiz, qayğı ilə əhatə olunmuş mühitdə böyümələrinin vacibliyindən ətraflı danışılmışdır. Uşaqların hüquqları, onların müdafiə mexanizmləri, təhlükəsizlik və rifah mövzularına dair maarifləndirici videoçarx nümayiş olunmuşdur.
İnterafktiv formatda davam edən tədbirin sonunda məktəblilər qonaqlara və məktəb psixoloqlarına onları maraqlandıran suallar ünvanlamışlar.

Keçidlər