Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirildi

01 noyabr 2024 | 18:57

Səbail rayonunda tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri və erkən nigahın fəsadları haqqında maarifləndirmə məqsədilə tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın məsul əməkdaşı Şahin Talıbov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nuru İmanov və  Elşən Quluzadə, məktəbin direktoru Turanə Məcidli, müəllim və şagird heyəti iştirak etmişlər.

Tədbir zamanı Uşaq Hüquqları Aylığının məqsəd və əhəmiyyəti, insan hüquqlarının tərkib hissəsi olan uşaq hüquqlarının yaranma tarixi, milli qanunverilicik və beynəlxalq sənədlər barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilir, iqtisadi, sosial, mədəni, hüquqi və digər sahələrdə mühüm islahatlar aparılır. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. 

 

Keçidlər