Səbaildə “Uşaq Hüquqları Aylığı” ilə əlaqəli tədbirlər keçirilir
Səbail rayonunda yerləşən 49 nömrəli məktəb-liseydə “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı, Səbail rayon gənclər və idman idarəsinin rəisi Elnarə Əliyeva, Səbail RPİ Yetkinlik Yaşına Çatmayanların Proflaktik İşinin Təşkili bölməsinin rəisi Emin Bağırzadə, RİHBA-nın məsul əməkdaşları, məktəbin şagird və müəllim heyəti iştirak etmişlər.
Tədbirdə qeyd edilmişdir ki, 20 noyabr 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş “Uşaq Hüquqları haqqında” Konvensiya uşaq hüquqlarının təmini istiqamətində standartları müəyyən edən və iştirakçı dövlətlərin üzərinə öhdəliklər qoyan mühüm beynəlxalq hüquqi sənəddir. Bu il həmin Konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya edilməsinin 30 ili tamam olur. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların uğurla həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırılmışdır.
Tədbir diskussiya şəraitində davam etmiş, çoxsaylı suallar ətraflı cavablandırılaraq, hüquqi məsləhətlər verilmişdir.