Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

13 noyabr 2026 | 16:05

20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı” çərçivəsində M.Rahim adına 7 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri Nərmin Abuzərli, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Nigar Bəylərova, həmin sektorun aparıcı məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Əziz Hüseynov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı, məktəbin müəllimləri və şagirdləri iştirak etmişlər.
Tədbirdə uşaqların hüquqlarının müdafiəsi, onların qanuni mənafelərinin təmin olunması, təhsil, sağlamlıq, təhlükəsizlik və digər hüquqları barədə ətraflı məlumat verilmişdir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasının müddəaları, uşaqların hüquq və vəzifələri, hüquqlarının pozulması hallarında müraciət imkanları diqqətə çatdırılmışdır. Çıxışlar zamanı uşaqların hüquqi maarifləndirilməsinin əhəmiyyəti, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi, hüquqlarının qorunmasında ailənin, təhsil müəssisələrinin və müvafiq dövlət qurumlarının məsuliyyəti vurğulanmışdır.
Tədbir şagirdlərin mövzu ətrafında suallarının cavablandırılması və fikir mübadiləsi ilə davam etdirilmişdir.

Keçidlər