Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq inkişafı mütəxəssisləri üçün təlim keçirilmişdir

26 oktyabr 2023 | 16:59

10-13 oktyabr 2023-cü il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Sabunçu Gənclər Evində “Bağlanma nəzəriyyəsi ilə oyun terapiyasının əlaqəsi” və “Uşaqlarda diqqət əksikliyi və hiperaktiv pozuntu” mövzularında təlimlər keçirilmişdir. Ümumilikdə, 100-ə yaxın mütəxəssisin iştirak etdiyi təlimin sonunda bir qrup iştirakçıya, həmçinin Səbail RİHBA-nın aparıcı məsləhətçisi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Hüseynov Əziz Elxan oğluna  sertifikat təqdim olunmuşdur. Qeyd edək ki, təlim Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolunun Fəaliyyət Planına əsasən həyata keçirilmişdir.

Keçidlər