Səbaildə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olunur
Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə uşaqların ifasında konsert proqramı təşkil olunmuşdur. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Məmmədova, M.Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Tədbir iştirakçıları çıxışlarında bildirmişlər ki, Azərbaycanda Uşaq siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu siyasətin davamı olaraq uşaqlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən hər zaman hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşdur. Sonda tədbir iştirakçıları bütün uşaqları bayram münasibətilə təbrik etmiş, onlara xoşbəxt və firavan gələcək arzulamışlar.
Bayram günü ilə əlaqədar müxtəlif sahələr üzrə istedadı olan uşaqların, gənc idmançıların iştirakı ilə nümunəvi çıxışlar və uşaqların əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir.