Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunun ümumtəhsil məktəblərində "Uşaqların hüquqları və məsuliyyətləri" mövzusunda maarifləndirici sorğular keçirilir

10 iyun 2026 | 16:12

“İnsan Hüquqları Aylığı” tədbirləri çərçivəsində Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnaməyə uyğun olaraq rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərində maarifləndirici sorğuları davam edir. Sorğular 8, 9 və 10-cu sinif şagirdlərini əhatə edir və “Uşaqların hüquqları və məsuliyyətləri” mövzusuna həsr olunmuşdur. Sorğuların əsas məqsədi şagirdlərin hüquq və məsuliyyətlər barədə məlumatlılıq səviyyəsini ölçmək, mövcud bilik boşluqlarını müəyyən etmək və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin effektivliyini artırmaqdır. Eyni zamanda, əldə olunan nəticələr gələcək fəaliyyətlərin daha məqsədyönlü və nəticəyönümlü planlaşdırılmasına xidmət edəcəkdir.

#InsanHüquqlarıAylığı #HumanRightsMonth

Keçidlər