Səbail rayon ümumtəhsil məktəblərində “Uşaqların hüquqları və məsuliyyətləri” adlı maarifləndirici sorğu keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı”nın icrası çərçivəsində, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnaməyə uyğun olaraq rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərində maarifləndirici sorğulara start verilmişdir.
Sorğular 8, 9 və 10-cu sinif şagirdlərini əhatə edir və “Uşaqların hüquqları və məsuliyyətləri” mövzusuna həsr olunmuşdur. Sorğuların keçirilməsində Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Abasağa Dərbəndli iştirak etmişdir.
Sorğuların əsas məqsədi şagirdlərin hüquq və məsuliyyətlər barədə məlumatlılıq səviyyəsini ölçmək, mövcud bilik boşluqlarını müəyyən etmək və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin effektivliyini artırmaqdır. Eyni zamanda, əldə olunan nəticələr gələcək fəaliyyətlərin daha məqsədyönlü və nəticəyönümlü planlaşdırılmasına xidmət edəcəkdir.






