Səbaildə “Uşaqların hüquqları və məsuliyyətləri” mövzusunda keçirilən sorğuda yüksək nəticə göstərmiş şagirdlər ilə görüş keçirilmişdir
Səbaildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 oktyabr - 20 noyabr “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqların hüquqları və məsuliyyətləri” mövzusunda keçirilən sorğuda yüksək nəticə göstərmiş şagirdlərlə görüş keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları və şagirdlər iştirak etmişlər.
Tədbir zamanı RİH başçısının müavini Kəmalə Həşimova çıxış edərək bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən dövlət uşaq siyasəti ölkədə uşaqların hüquqlarının təmin olunmasını dövlət prioritetlərindən birinə çevrilib. Bu istiqamətdə qəbul edilən milli proqramlar, normativ-hüquqi aktlar və uşaq hüquqlarının müdafiəsinə yönəlmiş institusional islahatlar mütəmadi olaraq uşaqların sağlam, təhlükəsiz və hüquqla qorunan mühitdə böyüməsinə xidmət edir.
Daha sonra RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva ‘Uşaq hüquqları və məsuliyyətləri’ mövzusunda keçirilmiş sorğunun məqsədi, təşkilati mərhələləri və əldə olunmuş nəticələr barədə məruzə ilə çıxış etmişdir.
Tədbirin sonunda keçirilən sorğuda yüksək nəticə göstərmiş şagirdlər Səbail Rayon İcra Hakimiyyəti Başçısı adından təşəkkürnamə ilə təltif edilmişlər.






