Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib

02 dekabr 2024 | 10:02

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib. Forumun açılış mərasimi uşaqların rəsmi nümayəndələrlə dialoqu formatında təşkil edilmişdir. Uşaqlar mövzular üzrə qruplaşaraq müzakirələr aparıb, müvafiq təkliflərlə çıxış etdilər. Aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin dəvət edildiyi tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak etmişlər. Tədbirdə Səbail rayonunu Avropa Azərbaycan məktəbinin,132-134 nömrəli Təhsil Kompleksinin və 6 saylı tam orta məktəbin şagirdləri təmsil etmişlər.

Keçidlər