Şriftin ölçüsü :

Saytın rəngi :

Səbaildə uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində növbəti tədbir

20 may 2024 | 14:20

Səbail rayonu 329 saylı məktəbdə Səbail rayon şəhidlərinə həsr edilmiş "Mənim Atam Qəhramandır" adlı tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Şahin Talıbov, şəhidlərin ailə üzvləri, müəllim və şagirdlər iştirak etmişlər.
İlk öncə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, mahnılar ifa edilmiş, şəhidlərin keçdiyi şərəfli döyüş yolunu, vətənpərvərliyi təcəssüm etdirən videoçarx nümayiş etdirilmiş və müharibə dönəmində real hadisələr səhnələşdirilmişdir.
Daha sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq ölkəmizdə, o cümlədən Səbail rayonunda şəhid ailə üzvlərinin daim diqqətdə saxlanıldığını, mütəmadi olaraq onlarla görüşlər keçirildiyini və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən qəhrəmanlarımızın ailələrinə qayğı ilə yanaşılmasının bütün cəmiyyətimizin borcu olduğunu bildirmişdir.
Tədbir zamanı şəhidlərin ailə üzvləri çıxış edərək şəhid ailələrinin və müharibə iştirakçılarının Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daim diqqət və yüksək qayğısı ilə əhatələndiklərini, ölkə rəhbərliyi tərəfindən göstərilən bu qiymətin hər kəs üçün bir nümunə olduğunu bildirmişlər.

Keçidlər