Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda uşaqların zərərli informasiyadan qorunması məqsədilə monitorinqlər həyata keçirilir

05 yanvar 2026 | 14:05

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Səbail Rayon İcra Hakimiyyəti ilə birgə uşaqların zərərli informasiyadan qorunması məqsədilə monitorinqlər həyata keçirilmişdir. 2025-ci ilin aprel ayından etibarən Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən əyləncə mərkəzlərinə və oyun zallarına baxış keçirilib. Monitorinq zamanı uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin tələbləri barədə sahibkarlara tövsiyələr verillib, “Uşaqları zərərli informasiyadan qoruyaq!” adlı maarifləndirici vəsait təqdim olunub.

Keçidlər