Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Vaqif Qurbanovun ailə üzvləri ziyarət olundu

23 iyul 2026 | 12:37

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov və RİHBA-nın məsul əməkdaşları Qurbanov Vaqif Bəxtiyar oğlunun ailə üzvlərini ziyarət etmişlər.
Görüş zamanı dövlət tərəfindən hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşıldığını diqqətə çatdıran RİH başçısı Vuqar Zeynalov Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunduğunu, onların mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü bildirmişdir.
Şəhidin qızı Sevinc xanım şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Vaqif Bəxtiyar oğlu Qurbanov 30 dekabr 1967-ci ildə Bakı şəhərində anadan olub. Birinci Qarabağ müharibəsində 8 may 1992-ci ildən etibarən Şuşa, Xankəndi, Goranboy, Xocavənd və Əsgəran istiqamətlərində düşmənə ağır zərbələr endirib. Onun peşəkar reydləri nəticəsində erməni hərbi birləşmələrinin canlı qüvvəsi və texnikası məhv edilib, 20-dək yaşayış məntəqəsi azad olunub.
2014-cü ildə qəhrəmanın döyüş yolundan bəhs edən “Mən evə qayıdıram” filmi çəkilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 noyabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə Vaqif Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Keçidlər