Şriftin ölçüsü :

Saytın rəngi :

Veloparkda ağacəkmə aksiyası keçirilmişdir

07 dekabr 2022 | 15:56

Dekabrın 2-də Səbail rayonunda yerləşən “Velopark”ın ərazisində ağacəkmə aksiyası keçirilmişdir. Ümumilikdə 100-ə yaxın  iştirakçının qatıldığı ağacəkmə aksiyasında 250 ədəd şam və zeytun ağacları əkilmişdir. Əkilən ağac tingləri suvarılıb və onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Ərazidə abadlıq işləri aparılaraq digər ağacların dibləri yumşaldılıb, yaşıllıqlara qulluq edilmişdir.

Qeyd edək ki, ölkəmizdə açıq səma altında yerləşən ən böyük idman qurğularından biri olan “Velopark”da ilk ağaclar ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə əkilib. Burada iki yerdə Ulu Öndər Heydər Əliyevin öz əlləri ilə əkdiyi Eldar şamları və zeytun ağacları mövcuddur.

Keçidlər