“Vətən fədailərinin hüquqlarının müdafiəsi” İctimai Birliyinin üzvləri ilə Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir
Novruz bayramı münasibətilə Səbail Rayon İcra Hakimiyyətində “Vətən fədailərinin hüquqlarının müdafiəsi” İctimai Birliyinin Bakı şəhər Səbail rayon filialının üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, RİHBA-nın məsul əməkdaşları, Qarabağ müharibəsi əlilləri və veteranları iştirak etmişlər.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısının müavini Eldar Ağayev Azərbaycan dövlətinin hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşdığını bildirərək Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qruplarının lazımi qayğı ilə əhatə olunduğunu, onların mövcud problemlərinin həlli üçün operativ tədbirlər görüldüyünü qeyd etmişdir.
Görüşdə iştirak edən müharibəsi əlilləri və veteranlar çıxış edərək şəhid ailələrinin və müharibə iştirakçılarının rifahı və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdən, göstərilən dəstəkdən razılıqlarını ifadə edərək, yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Görüşün sonunda müharibə veteranları ilə Ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmiş və onlara bayram sovqatları təqdim edilmişdir.