Səbail Rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib
23 iyul 2025 | 14:43
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov sosial şəbəkə vasitəsilə etdiyi şikayətləri ilə əlaqədar Vətən müharibəsi iştirakçısı Röyal Məmmədovu qəbul etmişdir.
Görüş zamanı müharibə iştirakçısının şikayətlərini dinləyən RİH başçısı Vuqar Zeynalov çimərlik ərazisində quraşdırılmış qanunsuz konstruksiyaların yığışdırılması ilə bağlı müvafiq izahatlar vermiş və Röyal Məmmədovun müraciət və təklifləri nəzərə alınaraq, məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunmuşdur.






