Səbail rayonunda Vətən müharibəsi iştirakçıları ilə keçirilən görüşlər davam edir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi qazisi Qarayev Elvin Yaqub oğlu ilə görüş keçirmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan RİH başçısı Vuqar Zeynalov Elvin Qarayevin qayğı və problemləri ilə maraqlanaraq Vətən müharibəsi qazisini narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Görüşdə Vətən müharibəsi zamanı xatirələrindən söhbət açan Elvin Qarayev ona göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.