Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları ilə keçirilən görüşlər davam edir

06 iyul 2023 | 15:44

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi qazisi Həbilov İsrayıl Rövşən oğlu ilə görüş keçirmişdir.

Görüş zamanı Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini vurğulayan RİH başçısı Vuqar Zeynalov İsrayıl Həbilovun qayğı və problemləri ilə maraqlanaraq Vətən müharibəsi qazisini narahat edən məsələlərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Görüşdə Vətən müharibəsi qazisi şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.

Keçidlər