Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçısı Elnur Elləzov “Fəxri fərman”la təltif olundu

14 iyul 2022 | 17:31

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizin ərazi bütövlüyü uğrunda Vətən müharibəsinə könüllü yollanan və döyüşlərdə iştirak edən Elləzov Elnur Abasqulu oğlu ilə görüş keçirmişdir. Görüşdə RİHB-nın müavinləri və RİHBA-nın məsul əməkdaşları iştirak etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hərbçilərimizə, şəhidlərimizə və onların ailə üzvlərinə göstərilən diqqət və qayğıdan söz açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov həmin qayğının hər birimiz üçün örnək və nümunə olduğunu vurğulamışdır: “Azərbaycan dövləti, Azərbaycan xalqı vətən üçün canlarından keçənləri, sağlamlıqlarını itirənləri heç vaxt unutmayacaqdır. Onlar və ailələri daim dövlətimizin və ölkə rəhbərinin qayğısını hiss edəcəklər”.

Görüşdə Vətən müharibəsi iştirakçısı Elnur Elləzov döyüşlər zamanı qəhrəman əsgərlərimizin necə şücaətlə vuruşduqlarını və torpaqlarımız azad olunduqca yaşadıqları hisslərdən söz açmışdır.

Daha sonra Elnur Elləzov Rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Səbail Rayon İcra Hakimiyyəti başçısının “Fəxri fərman”ı ilə təltif edilmiş və hədiyyə təqdim olunmuşdur. Sonda tədbir iştirakçıları ilə Ulu Öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmişdir.

Keçidlər