Vətən müharibəsi iştirakçısı Rəşad Həsənov ilə görüş keçirilmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi iştirakçısı Həsənov Rəşad Nofəl oğlu ilə görüş keçirmişdir.
Görüşdə Vətən müharibəsi iştirakçısının qayğı və problemləri ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər aparıldığını və bu kateqoriyadan olan insanlarla bağlı hazırlanan sosial dəstək paketinin hazırda da davam etdirildiyini bildirmişdir.
Görüş zamanı Rəşad Həsənovun sosial təminatının yaxşılaşdırılması, həmçinin onu narahat edən problemlərin aradan qaldırılması ilə bağlı RİH başçısı Vuqar Zeynalov tərəfindən aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Görüşdə Vətən müharibəsi zamanı xatirələrindən söhbət açan Rəşad Həsənov ona göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.