Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi qazisi mayor Polad Rzayev ilə görüş keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Murov dağı, Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edən Vətən müharibəsi qazisi mayor Polad Rzayev ilə görüş keçirmişdir.
Görüş zamanı Vətən müharibəsi iştirakçısının qayğı və problemləri ilə maraqlanan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə şəhid ailələri və müharibə iştirakçılarına yüksək diqqət göstərildiyini, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində böyük işlər aparıldığını qeyd etmişdir.
Görüşdə 44 günlük müharibə zamanı xatirələrindən söhbət açan Vətən müharibəsi iştirakçısı Polad Rzayev şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Vətən müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə XTQ zabiti Polad Rzayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı ordeni, “Füzulinin azad olunması”, “Cəbrayılın azad olunması” və “Qubadlının azad olunması” medalları ilə təltif edilib.