Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qazisi, Səbail RİH yanında İctimai Şuranın sədr müavini Polad Rzayev Everestə qalxmağı hədəfləyir

13 may 2025 | 17:14

Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad olunmasında iştirak edən Vətən müharibəsi qazisi, paralimpiyaçımız mayor 36 yaşlı Polad Rzayev indiyə qədər Rusiyada Avropanın ən hündür zirvəsi olan Elbrus dağı və ölkə daxilində bir çox dağa qalxıb. Dağçılıqla yanaşı üzmə, futbol və xizək idman növləri ilə məşğul olur. Azərbaycan Paralimpiya Komitəsində xizək üzrə milli idmançı kimi çıxış edən Rzayev, keçən il Fransa və İtaliyada keçirilən yarışlarda ölkəmizi təmsil edib. Rejissor və bəstəkar Cavid Səmədov Polad Rzayevin həyatından "Yarım Dəmir" adlı sənədli film çəkib. Film bir çox festivalda mükafat qazanıb. Ən son olaraq isə film Türkiyədə keçirilən 2-ci Beynəlxalq Turan Film Festivalında "Ən Yaxşı Beynəlxalq Sənədli Film" adına layiq görülüb.

Səbail Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Polad Rzayev "Anadolu" agentliyinə verdiyi müsahibədə Everestə dırmaşaraq dünyaya sülh mesajı vermək istədiyini bildirib.

Qeyd edək ki, Səbail rayon sakini, Səbail Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Polad Rzayev Vətən müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Füzulinin azad olunması”, “Cəbrayılın azad olunması” və “Qubadlının azad olunması” medalları ilə təltif edilib.

Keçidlər